Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Kəlbəcər azaddır

0

  •                 " Kim Tərtərçay dərəsini seyr etməyibsə, yalnız o adam İsveçrənin gözəlliyinə məftun ola bilər"  V.Avix      İkinci Qarabağ  müharibəsinin ən uğurlu nəticələrindən biridə Kəlbəcər rayonunun işğaldan azad edilməsidir. Azərbaycan ,Rusya və Ermənistan baş nazirinin noyabrın 10-da imzaladığı üç tərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi.      Azərbaycan vətən müharibəsinin 44 günü ərzində 4 rayonu və torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etdi. Noyabr ayının 25-də Kəlbəcər rayonu siyasi yolla Azərbaycanın nəzarəti altına keçdi.      Cənab Prezident Müzəffər Ali baş Komandan İ.Əliyev Qarabağ müharibəsində yürütdüyü hərbi siyasi yolun davamı olaraq bir güllə atmadan azad edildi və düşmən Kəlbəcər rayonundan çıxmağa məcbur edildi. Bu azərbaycanın döyüş meydanında da olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Bu yerdə dahi Hüseyin Cavidin bir kəlamı yada düşür.Kəssə hər kim tökülən qan iziniQurtaran dahi odur yer üzünü.      Bu misranı Azərbaycanın Respublikadının Prezidenti cənab İlham Əliyevə şamil etmək olar. Beləki, Kəlbəcər rayonunu qan tökülmədən məhz siyasi yolla azad etdi.      Kəlbəcər rayonu azad olunmadı ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasınım 822 saylı qətnaməsini ümumilikdə isə, bütün qətnamələri faktiki olaraq məhz hərbi siyasi yolla yerinə yetirdi.      Kəlbəcər rayonu 1993-cü ilin aprel ayının 2-də ermənistan tərəfindən işğal edilmişdir.Kəlbəcərin işğalı nəticəsində 60 min əhalisi öz doğma yurd yuvasından didərgin düşmüş 56 rayon və şəhərin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. İşğal nəticəsində 511 nəfər şəhid olmuş 321 nəfər itgin düşmüş və girov götürülmüdür .Ermənistan terror dövlətidir, bu terrorun bir çox əlamətləri var.Tarixi abidələrimizin dağıdılması,ekoloji terror meşələrimizin qırılması, çaylarımızın məcrasının dəyişdirilməsi, evlərin, məktəblərin yandırılması. Kəlbəcərin işğalı zamanı onlar bizi cəmi 10 saat vaxt  ərzində rayonu tərk  etməyə məcbur etdilər. Lakin biz humanistl xalq olaraq onlara əlavə 10 gümn vaxt verdik.Onlar Kəlbəcəri tərk edərkən yenə bizə məxsus evləri yandırır, apara bimədikləri heyvanları öldürürdülər. Biz necə bir vəhşi, vandallarla üz-üzə idik. Kəlbəcərim bütün təbii sərvətlərini o cümlədən Zod və Ağyataq qızıl mədənlərini, civə mədənini, şəfalı suyu İsti suyu istismar etdilər.      Artıq Kəlbəcər azaddır ən böyük rayonlarımızdan biridir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli qızıl, civə, gil, perlit mərmər yataqları var. Yuxarı İstisu, Aşağı İstisu, Qarasu, Mozçay, Qotursu çox böyük müalicəvi təsirə malik su yataqları var. Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda turizm və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq. İşğal altınında qaldığı müddətdə ərazisində aparılan qanunsuz istismarın miqyasının dəqiq uçotu aparılacaq. Ermənistan tərəfi vurulmuş ziyanı ödəməyə məcbur ediləcək. Və bu gün artıq Kəlbəcərdə abadlıq, quruculuq işləri aparılır bir neçə tunelin tikintisi, su elektrik stansiyalarını  tikintisi gedir. Kəlbəcər yenidən çiçəklənən bir diyara çevriləcək. Var olsun Azərbaycanın Müzəffər Ali Baş Komandanı Azərbaycan Respublikadının Prezidenti cənab İlham Əliyev!Ermənistan məğlub edilmiş, Azərbaycan zəfər çalmış ölkədir.Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!Samir İbrahimov,Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib40 dəfə
    Kəlbəcər azaddır

    Maraqlı gələ bilər
    74
    56
    85
    47
    116